Erməni ictimai xadim: “Ermənistan laboratoriya sahəsi deyil, biz sona qədər gedəcəyik”

2022/06/image-1655980827.jpg
Oxunub: 412     20:40     23 İyun 2022    
Ermənistanda Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzin yaxınlığında biolaboratoriyaların fəaliyyəti ilə bağlı etiraz aksiyası keçirilib.

Ordu.az xəbər verir ki, etirazçılar öz tələblərini təqdim ediblər.

Onların sözlərinə görə, son hadisələr kontekstində biolaboratoriyaların fəaliyyətinin şəffaf, hesabatlı təhqiqatının təmin edilməsinə və əhalinin sağlamlığına və ya həyatına təhlükə yaradan hər hansı şübhənin dərhal qarşısının alınmasına ehtiyac var.

Aksiya Zartonk Milli Xristian Partiyası, KAMQ ictimai təşəbbüsü və Azadlıq Hərəkatı təşəbbüsü tərəfindən təşkil edilib.

Aksiya ABŞ tərəfindən maliyyələşdirilən, Ermənistanın müxtəlif bölgələrində fəaliyyət göstərən laboratoriyalarda bioloji silah və ya materialların hazırlanması ilə bağlı şayiələrdən sonra başlayıb.

“Ermənistan laboratoriya sahəsi deyil və bunlar sadəcə sözlər deyil, biz sona qədər gedəcəyik. Bu şüarla nəhayət ki, mübarizəmizin məntiqi sonuna çatacağıq. Biz imkan verməyəcəyik ki, Ermənistan üçüncü dövlətlərin maraqlarının toqquşması üçün döyüş meydanına çevrilsin”, - deyə KAMK təşəbbüsünün qurucusu Vahaqn Çaxalyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Laborotoriya  


Bizi "telegram"da izləyin