“Joğovurd”: Ermənistanda əsgərlərin valideynlərinin problemi yüngülləşməyib

2022/06/16559-1655980786.jpg
Oxunub: 218     11:57     24 İyun 2022    
2020-ci il yanvarın 25-də Ermənistan Baş naziri Nikol Paşinyan “Yeni Ermənistan haqqında 100 fakt” bəyanatı çərçivəsində hərbçilərin həyat şəraitinin yaxşılaşdırılması və orduda dəyişikliklərdən danışıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrin qeyd etdiyinə görə, Paşinyan Qafanda keçirdiyi mətbuat konfransında əmin edib ki, hərbi qulluqçular üçün pilot proqram çərçivəsində 40-dan çox hərbi hissə özəl tərəfdaşlar tərəfindən ərzaqla təmin olunub.

“44 günlük müharibə zamanı və ondan sonra məlum oldu ki, Paşinyanın açıqlamalarının reallıqla heç bir əlaqəsi yoxdur, çünki təkcə döyüş meydanında vuruşan hərbi qulluqçuların yeməkləri deyil, həm də müxtəlif əşyalar, o cümlədən sarğı və quru yeməklər hərbi qulluqçuların valideynləri tərəfindən verilirdi. Paşinyanın hərbi qulluqçuların valideynlərinin problemlərinin yüngülləşdiyinə dair inandırması da reallığa uyğun gəlmirdi, çünki əsgərlərin xidməti üçün pul xərcləmirlər: əsgərlərin valideynləri bu günə qədər övladlarının alt geyimlərini, yeməklərini, siqaretlərini, bəzən həmçinin uniforma və ayaqqabılarını təmin edirlər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müharibə   Məğlubiyyət  


Bizi "telegram"da izləyin