Erməni vəkil: “Əks halda yeni bioloji fəlakətlərlə üzləşəcəyimiz istisna deyil”

2022/06/image-1655980696.jpg
Oxunub: 361     17:41     23 İyun 2022    
Ermənistanda Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzin yaxınlığında biolaboratoriyaların fəaliyyəti ilə bağlı etiraz aksiyası keçirilib.

Ordu.az xəbər verir ki, etirazçılar öz tələblərini təqdim ediblər.

Onların sözlərinə görə, son hadisələr kontekstində biolaboratoriyaların fəaliyyətinin şəffaf, hesabatlı təhqiqatının təmin edilməsinə və əhalinin sağlamlığına və ya həyatına təhlükə yaradan hər hansı şübhənin dərhal qarşısının alınmasına ehtiyac var.

Aksiya Zartonk Milli Xristian Partiyası, KAMQ ictimai təşəbbüsü və “Azadlıq Hərəkatı” təşəbbüsü tərəfindən təşkil edilib.

Aksiya ABŞ tərəfindən maliyyələşdirilən, Ermənistanın müxtəlif bölgələrində fəaliyyət göstərən laboratoriyalarda bioloji silah və ya materialların hazırlanması ilə bağlı şayiələrdən sonra başlayıb.

“Bu məsələni gündəmə gətirməyimiz təsadüfi deyil. Bu, həqiqətən də ümumbəşəri problemdir, xüsusən də regional problemdir və mən Gürcüstanın timsalında qeyd etmək istərdim ki, 2013-cü ildə Tbilisi ətrafında məşhur laboratoriya tikilib və böyük qüvvə ilə fəaliyyətə başlayıb. O, əvvəlcə adi tibbi xidmət göstərən laboratoriya kimi qəbul edildi, lakin 2020-ci ilin ortalarında, koronavirusdan sonra Tbilisidə həmin laboratoriya ilə bağlı böyük müzakirələr başladı. Qərbpərəstlər bunun çox təsirli bir araşdırma mərkəzi olduğunu iddia edərək Rusiyanı anti-təbliğatda ittiham edirdilər və bu günə qədər həmin laboratoriya haqqında çoxlu fikirlər səslənir. Biz istəmirik ki, Gürcüstan və ya Ukrayna nümunəsi bizimlə təkrarlansın. Biz bu divarların arxasında nə baş verdiyini anlamaq üçün bura gəlmişik. Bu aksiyanın siyasətlə heç bir əlaqəsi yoxdur. Bu, sadəcə olaraq bizim və cəmiyyətimiz üçün təhlükəsizlik məsələsidir. Bu məsələ diqqət mərkəzində saxlanılmalıdır, əks halda yeni bioloji fəlakətlərlə üzləşəcəyimiz istisna deyil”, - deyə erməni vəkil Marine Farmanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gürcüstan  


Bizi "telegram"da izləyin