“Respondentlərin yalnız 34,7%-i danışıqları müsbət qiymətləndirib” - Sasunyan

2022/01/harca-1642587808.jpg
Oxunub: 287     10:12     24 İyun 2022    
“Gallup” Beynəlxalq Assosiasiyasının 26-28 may 2022-ci il tarixlərində keçirdiyi sorğuya əsasən, respondentlər demək olar ki, bərabər şəkildə iki hissəyə bölünüb, bir hissə Paşinyanın istefa verməli (41,7%), digər hissəsi isə (38,7%) istefa verməməli olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “The California Courier” qəzetinin naşiri Harut Sasunyan öz məqaləsində yazıb.

Sasunyanın sözlərinə görə, respondentlərin 4,4%-i Qarabağ əhalisinə Azərbaycan tərkibində milli azlıq statusunun verilməsini məqbul hesab edib.

“Mayın 22-də Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyanın, Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqının Prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən üçtərəfli danışıqların nəticələrinə respondentlərin 51%-i mənfi münasibət bildirib. Respondentlərin yalnız 34,7%-i danışıqları müsbət qiymətləndirib. Respondentlər hesab edirlər ki, Ermənistan Rusiyadan (48,1%), Fransadan (13,9%), ABŞ-dan (6,4%), İrandan (1,7%), KTMT - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (1,1%), NATO-dan (0,5%) və BMT Təhlükəsizlik Şurasından (0,1%) silah ala bilər. 2022-ci il aprelin 2-6-da keçirilmiş “Gallup” sorğusuna əsasən, respondentlərin 57,2%-i Ermənistanın hazırkı hakimiyyətinin Qarabağın (qondrama qurum – red.) maraqları naminə məqbul şərtlərlə Azərbaycanla sülh sazişi bağlaya biləcəyini düşünmür. 30,4% bunun mümkün olduğunu düşünürdü. Qarabağdakı gərginlikdə kimin günahkar olduğunu soruşduqda 43,8% Azərbaycanı, 27% Ermənistan hakimiyyətini, 14,1% Rusiya sülhməramlılarını, 6,1% Qarabağ “hakimiyyəti”ni (qondarma qurum – red.), 3,5% Türkiyəni günahlandırıb. Respondentlərin 47,7 faizi Baş nazir Paşinyanın işini mənfi, 38,8 faizi isə müsbət qiymətləndirib. Respondentlər demək olar ki, bərabər şəkildə iki hissəyə bölünüb, bir hissə Paşinyanın istefa verməli (41,7%), digər hissəsi isə (38,7%) istefa verməməli olduğunu bildirib”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sorğu  


Bizi "telegram"da izləyin