“Qarabağ və Zəngəzur yoxdursa, təbii olaraq bu mövzularda problemlər də olmayacaq” - Abrahamyan

2021/09/photo-1632478451.jpg
Oxunub: 466     16:48     23 İyun 2022    
“Məndən tez-tez soruşurlar ki, niyə hökumət rəsmiləri Qarabağa getmirlər?”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan öz “Facebook” səhifəsində yazıb.

“Deyəsən bu sual daimi olaraq havada asılıb. Bir tərəfdən elə görünür ki, bu sualın cavabı açıq-aydındır. Digər tərəfdən mövzu davamlı olaraq müxtəlif tezliklərlə tirajlanır. İlk ağlınıza gələn fikir budur ki, onlar Qarabağa hansı üzlə gəlsinlər, deyiləsi, ediləsi nəyə sahibdirlər? Qarabağda yaxşı bilirlər ki, hakim gücün ideya və proqramlarında qarabağlılar və Qarabağ Azərbaycanın tərkibində olmalıdır. Onların fikrincə, Qarabağ və Zəngəzur yoxdursa, təbii olaraq bu mövzularda problemlər də olmayacaq. Və gizlənmədən bu istiqamətdə gedirlər”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Zəngəzur  


Bizi "telegram"da izləyin