Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Daşnaksütun təşkilatının iqtisadi araşdırmalar ofisinin cavabdehi, erməni iqtisadçı Suren Parsyan yazıb.
Onun sözlərinə görə, Ermənistandakı inflyasiya AİB ölkələri arasında işsizlik səviyyəsi ilə müqayisədə ən pis göstəriciyə malikdir.
“2022-ci ilin aprelində Ermənistanda inflyasiya 8,4%, işsizlik səviyyəsi isə 13,2% təşkil edib. Halbuki Belarusda inflyasiya 16,8%, işsizlik səviyyəsi isə 0,2% təşkil edib. Rusiyada inflyasiya 17,8 faiz, işsizlik səviyyəsi isə 0,9 faiz təşkil edib. Qazaxıstanda inflyasiya 13,2%, işsizlik səviyyəsi isə 2,1% təşkil edib. Qırğızıstanda inflyasiya 14,5%, işsizlik səviyyəsi isə 3% təşkil edib. Başqa sözlə, adi bir vətəndaş üçün işsizlik şəraitində inflyasiyanın öhdəsindən gəlmək misilsiz dərəcədə çətindir”, - deyə Parsyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az