Ermənistan MN hərbi qulluqçunun ölümü ilə bağlı heç bir açıqlama vermir

2021/12/16142-1639130797.jpg
Oxunub: 250     16:45     23 İyun 2022    
Artıq beşinci gündür ki, Ermənistan Müdafiə Nazirliyi iyunun 18-də ölmüş erməni hərbi qulluqçu Hraç Piliposyanın ölümü ilə bağlı açıqlama vermir.

Ordu.az xəbər verir ki, erməni jurnalistlərin Ermənistan Müdafiə Nazirliyinə etdiyi zənglər cavabsız qalır.

Ermənistan Müdafiə Nazirliyi 19 yaşlı erməni hərbi qulluqçunun hansı şəraitdə ölməsi ilə bağlı susmağa davam edir.

Ermənistan İstintaq Komitəsindən verilən məlumata görə, hadisənin hansı şəraitdə baş verdiyini öyrənmək üçün araşdırma aparılır, hər şey aydınlaşdırılanda açıqlama veriləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Cinayət  


Bizi "telegram"da izləyin