“Hraparak”: Vanetsyanın həmkarları mandatlarından imtina edəcəkmi?

2020/01/Vanec-1579087705.jpg
Oxunub: 339     19:48     23 İyun 2022    
Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının rəhbəri, ölkənin Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın mandatını yerə qoymasından sonra cəmiyyətin böyük bir kütləsi tələb edir ki, digər deputatlar da mandatlarını yerə qoysunlar, çünki artıq parlamentdə müxalifətin edəcəyi bir şey yoxdur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, Nikol Paşinyanın vəzifədən uzaqlaşdırılması məsələsi parlamentdə həll olunmayacaq.

“Bununla belə, “Hayastan” bloku ümid edir ki, sentyabrda Baş nazirə qarşı etimadsızlıq təşəbbüsü irəli sürmək mümkün olacaq və məhz burada mandatlara ehtiyac yarana bilər. “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyandan Vanetsyanın qərarının onun üçün gözlənilən olub-olmadığını və bu barədə onlara əvvəlcədən məlumat verib-vermədiyini soruşduq. Ohanyan dedi: “Artur Vanetsyan mandatını yerə qoymazdan əvvəl mənə zəng edərək bu barədə məlumat verdi və birgə fəaliyyətimizə, xüsusən də parlamentdəki müxalifət fraksiyalarımızın əməkdaşlığına, dəstəyimizə görə təşəkkür etdi. O həmçinin bildirib ki, mandatını yerə qoysa da, bizim hərəkatda olacaq, bir yerdə olacağıq və mən həm parlamentdə, həm də müqavimət hərəkatının bütün bu dövründə birgə fəaliyyətimizi yüksək qiymətləndirirəm”. Ohanyan “Hayastan” blokunda mandatların yerə qoyulması ilə bağlı müzakirənin olub-olmaması və bu məsələyə necə yanaşdığı sualına cavab olaraq deyib ki, onların blokunda belə müzakirə olmayıb: “Bu gün fəaliyyətimizi belə təqdim edirik ki, biz gündəmimizlə parlamentdəyik. Və bu gün ölkəmizin gündəmi müqavimət hərəkatıdır ki, bu da hakimiyyətimizin kor-koranə sülh illüziyasına getməsinə imkan verməməlidir””, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vanetsyan   Paşinyan  


Bizi "telegram"da izləyin