Erməni analitik: “Rusiya toksik ölkəyə çevrilir, Ermənistanı birbaşa risklər təhdid edir”

2022/04/maxre-1650610325.jpg
Oxunub: 282     16:12     23 İyun 2022    
“Sanksiyaların Rusiyadan asılı olan ölkələr üçün ağır nəticələri olacaq”.

Ordu.az xəbər verir ki, bunu IHS şirkətinin Rusiya və MDB üzrə baş analitiki Lilit Gevorqyan deyib.

Onun sözlərinə görə, Rusiyada iqtisadi tənəzzül gözlənilir.

“Rusiya Qərbin qlobal maliyyə bazarlarından kəsilir. Böyük şirkətlər etiraf edirlər ki, Rusiyaya investisiya qoymaq mənasızdır. Rusiya toksik ölkəyə çevrilir. Ermənistanı birbaşa risklər təhdid edir”, - deyə Gevorqyan qeyd edib.

Erməni analitik hesab edir ki, Ermənistanın hazırkı hakimiyyəti atdığı addımlarla Rusiyaya daha çox inteqrasiya edir.

“Erməni tərəfi Rusiya üçün pis olacaq istənilən mövzudan yayınır. Biz özümüzü aldatmamalıyıq, Rusiyanın indi harada olduğunu dəyərləndirməliyik. Ermənistanın xarici siyasəti fevralın 24-də başlayan dəyişikliyi nəzərə almır”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin