Erməni ekspertlər: “Moskvaya müxalifət lazım deyil, bütün hərəkətlərdən faydalanan tərəf Rusiyadır”

2022/04/625c0-1650203425.jpg
Oxunub: 316     15:57     23 İyun 2022    
““Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyanın deputat mandatından imtina etməsi proqnozlaşdırılan idi”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Armen Hovhannisyan deyib.

Ermənistan sosioloq Karen Sarkisyan qeyd edib ki, Hovhannisyanla həmfikirdir.

Hovhannisyan bildirib ki, Vanetsyan bacardığı qədər meydanda görünmək üçün prinsipial insan obrazından istifadə etməyə çalışacaq.

Erməni sosioloq Karen Sarkisyan hesab edir ki, Moskva Ermənistanda yoxlanılmış agentlər vasitəsilə işləyəcək.

“Köçəryan-Sarkisyan cütlüyü arenadan getsə, bu hakimiyyət iflasa uğrayacaq. Rusiya belə müxalifəti maliyyələşdirəcək vəziyyətdə deyil”, - deyə o vurğulayıb.

Sarkisyan və Hovhannisyan Ermənistanda Rusiyanın maraqlarına xidmət etməyəcək siyasi qüvvələrin formalaşacağına ümidvar olduqlarını bildiriblər.

Onlar qeyd edib ki, Moskvaya Ermənistanda müxalifət lazım deyil, bütün hərəkətlərdən faydalanan tərəf Rusiyadır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Müxalifət  


Bizi "telegram"da izləyin