Qarabağ müharibəsindən çıxarılan dərslər: Fransa “gəzən sursat”lar almaq istəyir

2022/06/2G7GU-1655980065.jpg
Oxunub: 708     10:43     24 İyun 2022    
Fransız Ordusu ABŞ-ın “AeroVironment” şirkəti tərəfindən istehsal edilən “Switchblade” kamikadze PUA-ları almaq istəyir.

Ordu.az xəbər verir ki, bu barədə “Defense news” nəşri məlumat yayıb.

Fransa Ordusunun planlar üzrə rəisi polkovnik Arnaud Qoujon keçən həftə Parisdə keçirilən “Eurosatory” müdafiə sərgisində jurnalistlərə bildirib ki, yaxın altı ay ərzində “Switchblade” sistemlərini inventara əlavə etmək niyyətindədirlər.

Nəşr qeyd edir ki, Fransa Silahlı Qüvvələr Nazirliyi ölkənin “Switchblade” sistemləri almaq istədiyini təsdiqləyib.

Qoujon əlavə edib ki, 2020-ci ildə Qarabağ müharibəsində “gəzən sursatlar”dan istifadə edilməsi bu cür silahlardan əməliyyat səviyyəsində necə istifadə ediləcəyi ilə bağlı “dərslər” verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Switchblade   Qarabağ   Fransa  


Bizi "telegram"da izləyin