İran ABŞ-dan 4,3 milyard dollar təzminat tələb edir

2021/10/610c9-1634186356.jpg
Oxunub: 241     13:35     23 İyun 2022    
Tehranın 55-ci Hüquq Məhkəməsi ABŞ-ın İrana 4,3 milyard dollar təzminat ödəməsi barədə hökm çıxarıb.

Ordu.az İSNA-ya istinadən bildirir ki, bu barədə İranın Ədliyyə Nazirliyi məlumat yayıb.

Hökmdə qeyd olunub ki, ABŞ İsrailin İranın nüvə mütəxəssislərinə qarşı sui-qəsd təşkil etməsinə dəstək verib. Ona görə də ABŞ maddi və mənəvi zərərə görə İrana 4 milyard 300 milyon dollar təzminat ödəməlidir.

Xatırladaq ki, İranın nüvə üzrə mütəxəssisləri Möhsün Fəxrizadə, Əyyub İntizari, Kamran Mollapur, Ehsan Hadibeygi müəmmalı şəkildə ölüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin