Minaların təmizlənməsində dronlardan istifadə üçün Britaniya şirkəti ilə müqavilə imzalanıb

2022/06/1655974428.jpg
Oxunub: 558     12:45     23 İyun 2022    
İşğaldan azad olmuş ərazilərdə minatəmizləmə əməliyyatı vaxtı havadan tədqiqat üçün Britaniyanın "Arpies NRC" şirkəti ilə müqavilə imzalanıb.

Ordu.az xəbər verir ki, bunu ANAMA sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, tədqiqatçılar hazırda dronlarla və müxtəlif cihazlarla əraziləri tədqiq edir: “Tədqiqatların nəticəsi süni intellekt vasitəsi ilə emal olunur. Bu da minatəmizləyənlərin işinin asanlaşdırılması üçün xüsusi önəm daşıyır”.

Sədr qeyd edib ki, 18 ədəd minatəmizləyən maşın alınıb və azad olunmuş ərazilərdə təmizləmə işlərinə cəlb olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Arpies-NRC   Mina  


Bizi "telegram"da izləyin