ANAMA və ADRA memorandum imzalayıb

2022/06/78956-1655973757.jpg
Oxunub: 386     12:38     23 İyun 2022    
ANAMA və Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) arasında Memorandum imzalanıb.

Ordu.az xəbər verir ki, memorandumun məqsədi vizual kommunikasiya vasitələri hesabına partlayıcı qurğulanın təhlükəsi ilə bağlı insanların maarifləndirilməsi işini təkmilləşdirmək, mina xəbərdaredici işarələr barədə məlumatlandırmağa davam etmək, habelə, insanların şüurunda nizam-intizam və özünə məsuliyyət barədə fikir formalaşdırmaqdır.

İmzalanma mərasimində çıxış edən ANAMA sədri Vüqar Süleymanov deyib ki, mina və müharibənin partlayıcı qalıqları problemi istər işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasına cəlb olunan işçilərin, istərsə də müharibəyə məruz qalmış rayonların, həmçinin, keçmiş təmas xətti boyu ərazilərin sakinlərinin həyat və fəaliyyətinə təhlükə mənbəyidir.

ADRA sədri Aydın İbadov isə qeyd edib ki, işğaldan azad edilən ərazilərdə insanları ehtiyatlı davranmağa səsləyəcək sosial xarakterli reklamlar təkcə bölgələrdə deyil, eləcə de respublikanın müxtəlif ərazilərində yayımlanacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA   ADRA  


Bizi "telegram"da izləyin