Çavuşoğlu İsveç və Finlandiya ilə Brüssel danışıqlarının nəticəsini açıqlayıb

2022/03/53c57-1647531642.jpg
Oxunub: 272     12:19     23 İyun 2022    
Brüsseldə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı keçirdiyimiz görüşün nəticəsində həm razılıq, həm də fikir ayrılığı var.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu britaniyalı həmkarı ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Türkiyənin tələbləri açıq və aydındır:

“Bu iki ölkə müttəfiq olmaq istəyirsə, NATO-nun bütün üzv ölkələrinin təhlükəsizliyinin qarşılanmalı olduğunu anlamalıdır”.

Nazir, NATO-nun Madriddə baş tutacaq Sammitində terrorla mübarizənin müzakirə olunacağını da deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çavuşoğlu   İsveç   Finlandiya  


Bizi "telegram"da izləyin