Bu gün İsrailin xarici işlər naziri Türkiyəyə səfər edəcək

2022/06/1655973444.jpg
Oxunub: 197     12:30     23 İyun 2022    
İsrailin xarici işlər naziri Yair Lapid bu gün Türkiyəyə səfər edəcək.

Ordu.az xəbər verir ki, o, həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.

Qarşılıqlı olaraq səfirlərin təyin olunması görüşün əsas mövzularından biri olacaq.

Bundan başqa, nazirlər ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, bu, 16 ildən sonra İsrail xarici işlər nazirinin Türkiyəyə ilk səfəridir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   XİN   Türkiyə  


Bizi "telegram"da izləyin