Vətən müharibəsindən indiyədək 225 nəfər minaların qurbanı olub

2021/12/4e9fe-1639382365.jpg
Oxunub: 364     12:17     23 İyun 2022    
"2020-ci ilin 10 noyabr tarixindən bugünədək mina partlayışları nəticəsində 225 nəfər minaların qurbanı olub".

Ordu.az xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov bildirib.

O qeyd edib ki, mina hadisələri zamanı 186 nəfər xəsarət alıb, 39 nəfər həlak olub.

"Mina və müharibənin partlayıcı qalıqları problemi istər işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasına cəlb olunan, istərsə də müharibəyə məruz qalmış rayonların, həmçinin keçmiş təmas xətti boyu ərazilərin sakinlərinin həyat və fəaliyyətinə təhlükə mənbəyidir", - sədr vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA   Mina  


Bizi "telegram"da izləyin