Ordu.az xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqı Şurası yayıb.
Bildirilib ki, sammit çərçivəsində Rusiyanın Ukraynaya hücumu, qlobal ərzaq təhlükəsizliyi böhranı və Gürcüstan, Ukrayna və Moldovanın Aİ-yə üzvlük namizədi statusu müraciəti ilə bağlı müzakirələr aparılacaq.
Aİ liderlərinin eyni zamanda, Ukraynaya iqtisadi, hərbi, siyasi və humanitar dəstəyin davam etdirilməsini müzakirə edəcəyi bildirilib.
Ordu.az