“Anadolu Qartalı - 2022” beynəlxalq təlimi davam edir - FOTOLAR

2022/06/d933d-1655961890.jpg
Oxunub: 549     09:08     23 İyun 2022    
Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təliminin növbəti mərhələsi yerinə yetirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat evrilib.

Bildirilib ki, təlimin planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq qarşıya qoyulan tapşırıqları uğurla icra edib.

Həmçinin pilotlarımız Türkiyə Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları ilə birlikdə mübadilə uçuşlarını həyata keçiriblər.

Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilir.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Anadolu-Qartalı  


Bizi "telegram"da izləyin