İran prezidenti: "Xəzər dənizində başqa ölkələrin təlimlərdə iştirakı qadağandır"

2022/06/62b3e-1655961688.jpg
Oxunub: 691     08:15     23 İyun 2022    
Xəzər dənizində (Xəzəryanı dövlətlər - Azərbaycan, İran, Qazaxıstan, Russiya və Turkmənistan) başqa ölkələrin hərbçilərinin təlimlərdə iştirakı qadağandır.

Ordu.az xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

İran prezidenti qeyd edib ki, ABŞ-ın müstəqil ölkələrə tətbiq etdiyi iqtisadi təzyiqlər və sanksiyalarla mübarizənin ən təsiredici yolu İran və Rusiya arasında əməkdaşlıq və koordinasiyanın gücləndirilməsidir.

O qeyd edib ki, Rusiya və Ukrayna arasında müharibənin başlamasında əsas amil ABŞ və NATO-nun vəziyyəti qızışdırmasıdır.

İ.Rəisi bildirib ki, İran Xəzər dənizində başqa ölkələrin hərbi təlimlərdə iştirakının xüsusi ilə İran sahillərində olmasının qadağan olmasını təkidlə vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya  


Bizi "telegram"da izləyin