Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Belarusdan təhlükə olmadığını deyib

2022/06/1655961518.jpg
Oxunub: 219     01:00     23 İyun 2022    
Belarusdan heç bir təhlükə yoxdur.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib.

O bildirib ki, vəziyyət nəzarət altındadır.

“İndiki mərhələdə Belarus tərəfdən heç bir təhlükə yoxdur, mən bunu sizə tam əminliklə deyə bilərəm. Vəziyyət nəzarət altındadır”, - deyə Budanov vurğulayıb.

Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi həmçinin qeyd edib ki, Belarusdakı hərbi cümlədən təlimlər, görüşlər, sərhədin möhkəmləndirilməsi aparılır.

Bu, hərbi əməliyyatların aparılması məqsədi daşımır.

Budanov bildirib ki, müvafiq niyyətlər ortaya çıxacağı təqdirdə, Ukrayna tərəfi təhdidləri qiymətləndirəcək və onlara adekvat cavab verəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin