Ukrayna Baş Qərargahı son durumu açıqlayıb

2022/05/thumb-1653982849.jpg
Oxunub: 254     09:13     23 İyun 2022    
“İyulun 1-dək Ukrayna ilə dövlət sərhədinə yaxın Qomel vilayətində Belarus silahlı qüvvələrinin səfərbərlik təlimi davam etdiriləcək. Bu müddət ərzində ehtiyatda olan çağırışçıların hərbi xidmətə çağırılması məsələsinin işlənib hazırlanması nəzərdə tutulur”.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında yazılıb.

Bildirilir ki, Belarus Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri təlim keçirlər:

“Əsas diqqət təxribat və kəşfiyyat fəaliyyətinə verilir. Şimal istiqamətində düşmən bölmələrinin Bryansk və Kursk vilayətlərinin sərhədyanı ərazilərində yerləşməsi davam edir. Qarşı tərəf Bayrak və Rubijne yaşayış məntəqələri ərazilərində hava kəşfiyyatı aparıb. Cənubi Buq bölgəsində onlar bütün səylərini qoşunlarımızın Xerson və Nikolayev vilayətlərində əks-hücum əməliyyatları keçirməsinin qarşısını almağa yönəldirlər”.

Məlumata görə, Qara və Azov dənizlərində Qara Dəniz Donanmasının gəmiləri döyüş əməliyyatları və kəşfiyyat zonasının təcrid olunması üzrə tapşırıqları yerinə yetirməkdə davam edir:

“Düşmən Qara dənizin şimal-qərbində mülki gəmilərin qarşısını almağa davam edir. Bölmələrimiz müəyyən ərazilərdə raket və artilleriya atəşi tapşırıqlarını yerinə yetirməkdə davam edir. Ukrayna müdafiəçiləri aktiv döyüş əməliyyatlarının davam etdiyi bütün ərazilərdə Rusiya ordusuna itkilər verirlər”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Ukrayna  


Bizi "telegram"da izləyin