Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
"Cavab tədbirlərinə gəlincə, onlar qurumlararası formatda hazırlanır... Onlar diplomatik deyil, praktiki müstəvidə olacaq", - deyə rusiyalı diplomat qeyd edib.
Zaxarova vurğulayıb ki, Rusiya Litvaya və Avropa İttifaqına bu cür hərəkətlərin qəbuledilməz olduğunu və görülən tədbirlərin dəyişdirilməsi və vəziyyətin hüquqi məcraya qaytarılması lazım olduğunu bildirib: “Cavabın nə olacağı və nə vaxt veriləcəyi hələ də müzakirə olunur, bu həm də Vilnüsün tranzit qadağasını ləğv etməyə razı olub-olmamasından asılıdır”.
Ordu.az