Ordu.az xəbər verir ki, ailə üzvləri Argişti Yeğyanın Basarkeçərdəki mövqelərdən birində guya intihar etməsi ilə bağlı rəsmi versiya ilə barışmırlar və bu versiyanı qəbul etmirlər.
Erməni hərbi qulluqçunun anası bildirib ki, oğlunun intihar etdiyinə inanmır, oğlunu öldürüblər.
“Oğlumun intihar etdiyinə inanmıram. İnanmıram ki, belə biliyi olan adam o addımı atsın. Oğlum o qədər həyat dolu idi ki, intihar edə bilməzdi”, - deyə o qeyd edib
Erməni hərbi qulluqçunun atası da oğlunun intihar etdiyinə inanmadığını, onun öldürüldüyünü vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az