Erməni hərbi qulluqçunun yaxını: “Oğlumu öldürüblər, o, intihar edə bilməzdi”

2022/06/sd78f-1655893674.jpg
Oxunub: 265     12:11     23 İyun 2022    
Mayın 13-də ölü vəziyyətdə tapılan 20 yaşlı erməni hərbi qulluqçu Argişti Yeğyanın ailəsi onun intihar etməsi versiyasını qəbul etmir.

Ordu.az xəbər verir ki, ailə üzvləri Argişti Yeğyanın Basarkeçərdəki mövqelərdən birində guya intihar etməsi ilə bağlı rəsmi versiya ilə barışmırlar və bu versiyanı qəbul etmirlər.

Erməni hərbi qulluqçunun anası bildirib ki, oğlunun intihar etdiyinə inanmır, oğlunu öldürüblər.

“Oğlumun intihar etdiyinə inanmıram. İnanmıram ki, belə biliyi olan adam o addımı atsın. Oğlum o qədər həyat dolu idi ki, intihar edə bilməzdi”, - deyə o qeyd edib

Erməni hərbi qulluqçunun atası da oğlunun intihar etdiyinə inanmadığını, onun öldürüldüyünü vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-hərbi-qulluqçu   Ölüm   İntihar  


Bizi "telegram"da izləyin