“Hraparak”: Qərb “Nikol” layihəsi üzərində daha çox çalışıb

2022/06/dfg45-1655893373.jpg
Oxunub: 378     10:59     23 İyun 2022    
“Bu gün bölgəmizdə vasitəsilə sülhə nail olmağın mümkün olmadığı bir şəxs varsa, o da Nikol Paşinyandır. Əvvəllər həmin adam Mixeil Saakaşvili idi”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, bu iki xadimi haqlı olaraq müharibənin katalizatoru hesab etmək olar.

“Bir növ iri və yumru dərman var ki, suya atırsan, fışıldamağa və köpüklər çıxarmağa başlayır. Paşinyan və Saakaşvili də onlardan biridir. Bildiyiniz kimi, Saakaşvili əvvəlcə Cənubi Qafqazdan deportasiya edilib, sonra həbs edilib. Nikolla da eyni şeyi etmək lazımdır, əks halda burada heç vaxt sülh olmayacaq. Saakaşvili də, Paşinyan da Qərbin layihələridir, Paşinyan daha təkmil, daha hiyləgər və daha iddialıdır. Hər ikisi hakimiyyətə küçədən gəlib. Saakaşvili Batumidən, Paşinyan isə Gümrüdən piyada gedib. Hər ikisi populistdir, hər ikisi öz nöqteyi-nəzərindən xarici siyasət aparıb, hər ikisi müharibələrə səbəb olub, atəşkəs aktlarına imza atmaqla həmin müharibələri uduzublar. Saakaşvili Abxaziya və Cənubi Osetiyadan, Paşinyan isə Qarabağdan imtina etdi. Bu fiqurların hər ikisi Türkiyə-Azərbaycan tandeminə rəğbət bəsləyirlər. İndi fərqlər haqqında. Yuxarıda qeyd etdim ki, Paşinyan Saakaşvilinin təkmilləşdirilmiş variantıdır, daha hiyləgər və daha iddialıdır. Demək olar ki, Qərb “Nikol” layihəsi üzərində daha çox çalışıb, Saakaşvilidə olmayan mexanizmləri tətbiq edib. Məsələn, Saakaşvili biabırçı məğlubiyyətdən sonra istefa verdi və ölkədən qaçdı. Paşinyan isə tezliklə Baş nazir kimi təslim olmasının ikinci ildönümünü qeyd edəcək”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Qərb  


Bizi "telegram"da izləyin