Erməni ictimai xadim: “Artıq əsir düşmək təhlükəsi hər kəsin üzərindədir”

2022/06/maxre-1655893333.jpg
Oxunub: 399     15:11     23 İyun 2022    
“Bu gün böhran milli sümük iliyimizi sümüyün oğlu kimi dişləyir və dövlətimizin təməllərini pas kimi aşındırır”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Levon Nazaryan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Ermənistanın müttəfiqlərlə münasibətlərində böhran maksimum həddə çatıb.

“Ermənistan-Rusiya strateji dialoqu iflic vəziyyətindədir. Bunun sübutu var: ötən gün türk lobbisinin pulu ilə maliyyələşdirilən Rusiyanın “РТР” telekanalı tərəfindən Qarabağın tutulmuş (azad edilmiş – red.) hissəsi ilə bağlı videoçarx yayımlanıb. Təhlükəsizlik məsələlərində böhran sürünən qum kimi bütün küncləri doldurub. Əsgərlərimiz artıq Basarkeçər sektorunda ölürlər. Böhran dövlətimizi sərhədlərindən məhrum edib, əsir düşmək təhlükəsi hər kəsin üzərindədir”, - deyə Nazaryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Əsir  


Bizi "telegram"da izləyin