Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Levon Nazaryan “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Ermənistanın müttəfiqlərlə münasibətlərində böhran maksimum həddə çatıb.
“Ermənistan-Rusiya strateji dialoqu iflic vəziyyətindədir. Bunun sübutu var: ötən gün türk lobbisinin pulu ilə maliyyələşdirilən Rusiyanın “РТР” telekanalı tərəfindən Qarabağın tutulmuş (azad edilmiş – red.) hissəsi ilə bağlı videoçarx yayımlanıb. Təhlükəsizlik məsələlərində böhran sürünən qum kimi bütün küncləri doldurub. Əsgərlərimiz artıq Basarkeçər sektorunda ölürlər. Böhran dövlətimizi sərhədlərindən məhrum edib, əsir düşmək təhlükəsi hər kəsin üzərindədir”, - deyə Nazaryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az