Erməni siyasi xadim: “Petrosyan üçün ən etibarlı insan Sarkisyan olub”

2022/06/image-1655893267.jpg
Oxunub: 314     11:35     23 İyun 2022    
“1995-1998-ci illərin hakimiyyətdaxili inkişaflarını təhlil etdiyimizdə artıq açıq gözlə görünəndir ki, Levon Ter-Petrosyan üçün ən etibarlı insan Serj Sarkisyan olub”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Demokratik Vətən” partiyasının lideri Petros Makeyan bildirib.

Onun sözlərinə görə, bu, 1995-ci ildən Milli Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin birləşməsindən sonra Serj Sarkisyanın rəis təyin olunması faktını əsaslandırır.

“Vaxtilə müxalifət, eləcə də iqtidardakı siyasi qüvvənin bir hissəsi belə birliyi yolverilməz hesab edərək bunun əleyhinə idi. Parlamentdə həmin strukturları ayırmaq üçün qanun layihəsi irəli sürülüb, lakin Levon Ter-Petrosyan fikrini dəyişmədi”, - deyə Makeyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Petrosyan   Sarkisyan  


Bizi "telegram"da izləyin