Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
2015-ci ildə Burkina Faso, Çad, Mali, Mavritaniya və Niger dövlətləri tərəfindən yaradılmış bu qüvvə Sahel bölgəsində transsərhəd terrorizmlə mübarizə aparmaq üçün nəzərdə tutulub. Qüvvələrin tərkibində 5000 hərbçi var.
Son üç il ərzində “Novadem” xüsusilə Fransa Silahlı Qüvvələr Nazirliyinə 150-dən çox NX70 mikro PUA-ları təhvil verib. Bu sistemlər indi xarici əməliyyatlarda istifadə olunur. PUA yüksək ayırdetmə qabiliyyətinə malik termal kamera və şifrəli bağlantılar sayəsində gecə-gündüz kəşfiyyat və müdafiə missiyaları üçün istifadə olunur.
Sevinc Əliyeva
Ordu.az