Kanada ABŞ-la Arktikada HHM və RƏM sistemlərini təkmilləşdirəcək

2022/06/max12-1655892898.jpg
Oxunub: 489     15:05     27 İyun 2022    
Kanada Rusiyadan gələn təhdidlərin artmasına və hipersəs raketləri kimi yeni texnologiyaların ortaya çıxmasına cavab olaraq ABŞ-la birlikdə Arktikada hava hücumundan və raketdən müdafiə sistemlərini təkmilləşdirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Anita Anand məlumat verib.

Kanadanın Ontario ştatının Trenton şəhərindəki ən böyük aviabazada keçirdiyi mətbuat konfransında Anand növbəti altı il ərzində 4,9 milyard Kanada dolları (3,8 milyard ABŞ dolları) hərbi xərc çəkiləcəyini bildirib.

Vəsait bombardmançıları və ya raketləri görə bilən quru və peyk əsaslı radara, “məxfi imkanlara” malik sensorlar şəbəkəsinə xərclənəcək.

Bütün bunlar Rusiyanın fevral ayında Ukraynaya müdaxiləsindən sonra gücləndirilmiş Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) və erkən xəbərdarlıq sistemlərinin modernləşdirilməsinin bir hissəsidir.

Yeni sistemlər Alyaskadan Şimali Kvebekə qədər 50-yə yaxın qısa və uzun mənzilli radar stansiyasına malik, müasir raket təhdidlərinə cavab vermək iqtidarında olmayan Soyuq Müharibə dövründən qalma Şimal Xəbərdarlıq Sistemini əvəz edəcək.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   ABŞ  


Bizi "telegram"da izləyin