Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşr qeyd edib ki, 2018-ci ildən Ermənistanda peşəkarlıq kəsilir, dövlət strukturlarının mövcudluğu amorf olur.
“Aydındır ki, hakimiyyət yüksək peşəkarlıq keyfiyyətlərinə, zəruri təcrübəyə malik olan kadrları qovur, çünki onlar müstəqil qərarlar qəbul etməyə və dövlət idarəetməsinin xeyrinə addımlar atmağa qadirdilər. Üstəlik, dövlət sistemində az-çox yaxşı olan kadrlar gözdən salınır, onlara damğa vurulur, əvəzində sistem şəriklərlə doldurulur. Təsadüfi deyil, rəqib irəlilədiyi halda sərhədyanı bölgələrin sakinlərində belə bir təəssürat yaranmışdı ki, dövlətimiz yoxdur. Ona görə də həmin insanlar şəxsən rəqibin hərbi qulluqçuları ilə danışıqlara getdilər”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az