“Past”: Müharibədən sonra inancımızı itirmişik, hətta Allahdan belə qorxmuruq

2019/07/23599-1562841625.jpg
Oxunub: 464     10:33     24 İyun 2022    
“Həmişə düşünmüşük ki, Ermənistan yaşamaq, yaratmaq və ailə qurmaq üçün ən yaxşı ölkədir. Bunlar təkcə vətənpərvərlik motivləri olmayıb, qətiyyən”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

“Həmişə inanmışıq ki, dünyada Ermənistandan gözəl yer yoxdur. Çünki məndə təhlükəsizlik hissi var idi, gecə gec saatlarda bayıra çıxmaq, harasa getmək, müxtəlif məsələlərdə aldanmamaq və sair rahat idi. Ermənistan və Qarabağın təhlükəsizliyinin yeganə təminatçısının erməni ordusu olması fikri hər birimizdə o qədər aydın şəkildə kök salmışdı ki, rəqibin ərazini ələ keçirəcəyinə (azad edə biləcəyinə - red.) hətta şübhə belə edə bilməzdik. İndi bəzilərinin yadına düşəcək ki, kimisə talan ediblər və ya öldürüblər. Deyəcəklər ki, sənin dediyin təhlükəsizlik budur? Əlbəttə, var idi, bunu inkar etməyə ehtiyac yoxdur, çünki hətta şeytan belə Həvvanı yoldan çıxardı və bunun nəticəsini hamımız bilirik. Təsadüfi deyil ki, indiki vəziyyətdə demək olar hər gün kimsə özünü körpüdən atır və ya intihara cəhd edir. İnancımızı itirmişik, hətta Allahdan belə qorxmuruq, bu o deməkdir ki, hər şeyə qadirik”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müharibə   Kapitulyasiya  


Bizi "telegram"da izləyin