Ordu.az xəbər verir ki, bunu erməni iranşünas Qarik Misakyan deyib.
Onun sözlərinə görə, İran parlamentinin sədri diqqətçəkən açıqlama verib.
“İran Ermənistan tərəfdən yol əlaqəsinin yaxşılaşdırılmasını gözləyir. İran tərəfi Zəngəzur sektorunda şimal-cənub tikintisində şəxsən iştirak etmək niyyətindədir”, - deyə Misakyan qeyd edib.
Erməni iranşünas vurğulayıb ki, “3+3” platforması o qədər də yaxşı işləməyib.
““3+3” platforması o qədər də yaxşı işləmədi, regionda kifayət qədər ciddi maraqlar toqquşması var. İkitərəfli görüşlər vasitəsilə Ermənistan-İran gündəliyi dəqiqləşdirilir. Ermənistanın İran üçün imkanları xeyli artıb. Zəngəzur qırmızı xəttdir”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az