Erməni iranşünas: ““3+3” platforması yaxşı işləmədi, ciddi maraqlar toqquşması var”

2022/06/45sd4-1655892411.jpg
Oxunub: 260     10:09     23 İyun 2022    
“Alen Simonyanla (Ermənistan parlamentinin sədri – red.) görüş zamanı İrandan bir neçə diqqətçəkən bəyanatlar səsləndirilib”.

Ordu.az xəbər verir ki, bunu erməni iranşünas Qarik Misakyan deyib.

Onun sözlərinə görə, İran parlamentinin sədri diqqətçəkən açıqlama verib.

“İran Ermənistan tərəfdən yol əlaqəsinin yaxşılaşdırılmasını gözləyir. İran tərəfi Zəngəzur sektorunda şimal-cənub tikintisində şəxsən iştirak etmək niyyətindədir”, - deyə Misakyan qeyd edib.

Erməni iranşünas vurğulayıb ki, “3+3” platforması o qədər də yaxşı işləməyib.

““3+3” platforması o qədər də yaxşı işləmədi, regionda kifayət qədər ciddi maraqlar toqquşması var. İkitərəfli görüşlər vasitəsilə Ermənistan-İran gündəliyi dəqiqləşdirilir. Ermənistanın İran üçün imkanları xeyli artıb. Zəngəzur qırmızı xəttdir”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   3+3  


Bizi "telegram"da izləyin