“1in.am”: Ermənistanda müharibədən sonrakı pazl dağılır

2022/06/sdfsd-1655892329.jpg
Oxunub: 344     14:35     23 İyun 2022    
Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının rəhbəri, “Vətən” partiyasının sədri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyan deputat mandatını yerə qoyduğunu, eləcə də Ermənistan Respublikaçılar Partiyası ilə müttəfiqliyi de-yure və de-fakto dayandırdığını bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.

Qeyd olunub ki, başqa sözlə, Artur Vanetsyan qərarını dəyişməsə, “Şərəfim var” fraksiyası artıq yoxdur.

“Hələlik o, təbii olaraq sözünün üstündə qalır, yəni iki aya yaxın davam edən mübarizə hakimiyyət dəyişikliyi ilə bitməyəndən sonra istefa verir. Vanetsyan bəyan etmişdi ki, Paşinyanı vəzifədən uzaqlaşdırmasa, parlamentə qayıtmayacaq. Belə də edir və əlbəttə, bu hadisə üçün söyləmək olar ki, “Şərəfim var” blokunu dağıtmaq bahasına şərəfini saxlayır. Lakin Artur Vanetsyanın qərarı “Şərəfim var” blokuna zərbə vurmur. “Şərəfim var” bloku parlamentdə və küçədə əsla ilk qüvvə deyildi. Birinci qüvvə Robert Köçəryan və Daşnaksütunun təşkil etdiyi “Hayastan” bloku idi və Artur Vanetsyan praktik olaraq çadırları yığışdırmaq qərarından sonra hazırda öz tərəfdarları qarşısında simasını xilas etməyə çalışan “Hayastan” blokuna zərbə vurur. Artur Vanetsyan mandatından istefa verməklə “Hayastan” bloku üçün öz tərəfdarlarında və ya seçici kütləsində simanı saxlamaq prosesini çətinləşdirir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Vanetsyan  


Bizi "telegram"da izləyin