Erməni hüquq müdafiəçisi: “Keçmiş məmurların çoxlu korrupsiya gəlirləri ABŞ-da satılıb”

2019/03/arthu-1553847984.jpg
Oxunub: 305     10:25     23 İyun 2022    
“ABŞ və Ermənistan arasında imzalanmış əməkdaşlıq memorandumu çox vacibdir”.

Ordu.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Artur Sakunts deyib.

Onun sözlərinə görə, ABŞ Federal Təhqiqatlar Bürosu korrupsiya cinayətlərini araşdırmaq üçün kifayət qədər təcrübə və biliyə malikdir.

“Bunu Ermənistan hüquq-mühafizə orqanları ilə mübadilə etmək çox səmərəli olacaq, digər tərəfdən, biz bilirik ki, ABŞ-da çoxlu korrupsiya gəlirləri satılıb. Beləliklə əməkdaşlıq çox məqsədəuyğun olacaq, çünki bir daha deyirəm, Ermənistanın keçmiş məmurlarının çoxlu gəlirləri ABŞ-da satılıb. Korrupsiya uzun illərdir ki, fövqəlmilli xarakter alıb. Yəni korrupsiya müəyyən dövlətin sərhədləri ilə məhdudlaşmır, bu mənada fəaliyyət müxtəlif dövlətlərin səyləri ilə birgə olmalıdır. Korrupsiyaya qarşı mübarizə iradəsi olan bütün dövlətlər öz səylərini birləşdirməlidirlər, çünki onlar demokratik dövlətlərdir”, - deyə Sakunts qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Məmur   ABŞ  


Bizi "telegram"da izləyin