Britaniya kəşfiyyatı: Donetsk separatçıları qüvvələrinin 55 faizini itirib

2022/06/1655877643.jpg
Oxunub: 380     09:55     22 İyun 2022    
“Rusiya şimalda İzyum və cənubda Popasna istiqamətlərində intensiv atəşi davam etdirir. Rusiya, çox güman ki, Donbasa çox sayda ehtiyat hissələri yerləşdirməyə hazırlaşır”.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat məlumatında yazılıb.

“Rusiya hakimiyyəti martın 25-dən bəri Ukraynada verdiyi hərbi itkilərinin ümumi sayını açıqlamayıb. Amma qondarma "Donetsk Xalq Respublikası" öz qüvvələrinin itkiləri ilə bağlı məlumatlar dərc edir. İyunun 16-na olan məlumata görə, "DXR" 2022-ci ilin əvvəlindən 2 128 hərbi qulluqçunun döyüşdə həlak olduğunu və 8 897 nəfərin yaralandığını etiraf edib. Separatçı rejimin itkisi mövcud qüvvələrin təxminən 55 faizinə bərabərdir. Bu da Rusiya və Rusiyameyilli qüvvələrin Donbasda ağır durumla üzləşdiyini göstərir. Çox güman ki, "DXR" qüvvələri köhnəlmiş silah və texnika ilə təchiz olunub”, - məlumatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Donetsk  


Bizi "telegram"da izləyin