Ermənistan KTMT üçün dalan rolunu oynayır – Görüşlər və məzmun sıfırdır

2022/01/61d83-1641560410.jpg
Oxunub: 395     16:39     21 İyun 2022    
Ermənistan bu günlərdə böyük hərbi-siyasi blokun görüş yeri kimi çıxış edirdi. Düşünmək olar ki, söhbət NATO-dan gedir, amma belə deyil. Burada mənasız, yarandığı gündən effektivliyi sual altında olan KTMT-dən bəhs edilir. Hər halda, bu strukturda Ermənistan indi guya birinci yerdədir və bir-birinin ardınca İrəvanda strukturun sessiyalarına ev sahibliyi edən üzv dövlətlərin müxtəlif çaplı rəsmilərini qəbul edirlər.

İrəvanda Ermənistan Respublikasının KTMT-yə sədrliyi çərçivəsində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin növbəti iclası öz işini başa çatdırıb. İclasdan sonra iclasa sədrlik edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan media nümayəndələrinə bildirib ki, Təhlükəsizlik Şurasının katibləri qlobal təhlükəsizlik çağırış və təhdidlərinə, eləcə də ölkədəki vəziyyətə xüsusi diqqət yetiriblər.

Qriqoryan bildirib ki, görüş həm ümumilikdə dünyada, həm də KTMT-nin məsuliyyət zonasında artan çağırış və təhdidlər şəraitində keçirilib. Təbii ki, bu amil həmin çağırışların həlli, təhdidlərin neytrallaşdırılması, KTMT-yə üzv dövlətlərin təhlükəsizliyinin təmin edilməsi üçün vaxtında, səmərəli qərarların qəbul edilməsini tələb edir.

Bu sessiya çərçivəsində bir sıra sənədlər imzalanıb. Onların məzmunu, təbii ki, Rusiyanın milli və dövlət maraqlarına çox xidmət edəcək, əgər bu, yenidən Rusiyanın maraqlarına uyğun gələrsə, müəyyən mənada başqaları üçün faydalı ola bilər.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 1992-ci il may ayının 15-də Özbəkistanın paytaxtı Daşkənddə Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan liderləri tərəfindən yaradılıb. Daha sonra bu sazişə Azərbaycan, Belarus və Gürcüstan qoşulub. Lakin sonradan Azərbaycan, Gürcüstan və Özbəkistan sazişdən çıxdılar.

Dar tərkibdə KTMT-yə üzv dövlətlərin təhlükəsizlik çağırış və təhdidlərinin neytrallaşdırılması tədbirləri, KTMT regionunda birgə antiterror əməliyyatları üzrə prioritet məsələlər müzakirə edilib. KTMT-yə üzv dövlətləri Ermənistanla bağlı məsələlər qətiyyən maraqlandırmır. Erməni tərəfi iddia edib ki, guya Azərbaycan onların ərazisinə keçib. Lakin qazaxların, qırğızların və ya taciklərin bu məsələdən narahat olması ehtimalı azdır, çünki sonuncuların Ermənistandan çox Azərbaycanla müttəfiqlik münasibətləri mövcuddur.

Ermənistan öz hərəkətlərində o qədər sərbəstdir ki, hər dəfə İrəvanda KTMT-yə üzv ölkələrin toplantısı keçiriləndə hərbi təxribatlara əl atır. Azərbaycan ordusunun mövqələri dəfəflərlə atəşə tutulub. Bu mövzu KTMT-nin genişləndirilmiş iclasının iştirakçıları üçün dəyərli olmaya bilər, ancaq ən azından Rusiya üçün dəyərli olmalıdır.

Geniş tərkibdə iclasdan əvvəl Patruşev və Qriqoryan arasında ikitərəfli görüş olub. Patruşev Rusiya təhlükəsizlik mühitinin baş memarıdır. O, bir sıra əsas vəzifələrdə, o cümlədən Rusiya Federal Təhlükəsizlik Xidmətinin, FTX-nin rəhbəri vəzifəsində çalışıb. Nikolay Platonoviç Putin üçün toxunulmaz olan nadir məmurlardan biridir. O zaman rus ordu generalı Armen Qriqoryanla nəyi müzakirə edə bilər? Rəsmi məlumatda deyilir ki, həmsöhbətlər təhlükəsizlik məsələlərinin geniş spektrini müzakirə ediblər. Patruşev Ermənistanın Rusiyanın strateji tərəfdaşı olduğunu bildirib. O qeyd edib ki, Moskva regional təhlükəsizliyin təmin edilməsi prosesində Ermənistanı dəstəkləyir. Armen Qriqoryan rusiyalı həmkarına regional təhlükəsizlik vəziyyəti, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, demarkasiya və sərhəd təhlükəsizliyi komissiyalarının işi, eləcə də Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi barədə məlumat verib.

Əslində, Rusiya elitası üçün Ermənistan Rusiya təhlükəsizlik sisteminin bir qoludur, Kremlin Cənubi Qafqazda sadiq “forpostu” kimi görünən kiçik çevrədir, bərabərhüquqlu müttəfiq və ya tərəfdaş deyil.

Firuz Bağırov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin