Patruşev: "Rusiyanın Kalininqradın blokadasına cavabı Litva sakinləri üçün ciddi və həssas olacaq"

2020/01/12328-1579764793.jpg
Oxunub: 387     14:37     21 İyun 2022    
Rusiyanın Kalininqradın nəqliyyat blokadasına cavabı Litva sakinləri üçün ciddi və həssas olacaq.

Ordu.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Kalininqradda keçirdiyi müşavirədə bildirib.

O, Litvanın Kalininqrad vilayətinə yüklərin tranzitini məhdudlaşdırmaq qərarını düşmənçilik adlandırıb.

"Bu qərar göstərir ki, Qərbin təkcə şifahi deyil, həm də yazılı bəyanatlarına etibar etmək olmaz", deyə Patruşev vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Kalininqrad  


Bizi "telegram"da izləyin