Erməni generalın vəziyyəti pisləşib

2021/09/timth-1631001198.jpg
Oxunub: 404     16:10     21 İyun 2022    
Bu yaxınlarda ehtiyatda olan erməni general Seyran Saroyanın səhhəti pisləşib, yenidən xaricə, bu dəfə Belarusa aparılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, Saroyan artıq yeriyə bilmir və yalnız əlil arabasında hərəkət edir.

Nəşr bildirib ki, Seyran Saroyanın ayaqlarında damar problemi var və son illər mütəmadi olaraq xaricdə müalicə olunurdu.

“Son zamanlar damar problemlərindən əlavə, başqa sağlamlıq problemləri də müşahidə olunur”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-general   Saroyan  


Bizi "telegram"da izləyin