Ermənistan Putinin növbəti sərəncamı altında əzilir – Vaxtında aktiv addımlar atılmayıb

2022/06/fsd45-1655355390.jpg
Oxunub: 376     17:56     23 İyun 2022    
Bu il martın 31-də Rusiya Prezidenti Vladimir Putin Rusiya qazına görə ödənişlərin, yəni rus rublu ilə ödənişlərin yeni qaydası haqqında sərəncam imzaladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Qeyd olunub ki, bu sərəncam aprelin 1-dən qüvvəyə minib.

“Təxminən iki həftə sonra Ermənistan rəsmiləri Ermənistanın qazın pulunu rublla ödəməyə başladığını açıqlayıb. Ekspertlər qeyd edirlər ki, bu, təkcə Rusiya üçün deyil, həm də Ermənistan üçün faydalıdır, çünki Rusiya qazını rublla almaq Ermənistana dolların məzənnəsinin dəyişməsi ilə bağlı risklərdən qaçmağa imkan verəcək. Lakin Ermənistanın Rusiya qazının pulunu 7 il əvvəl, 2015-ci ildə rus rublu ilə ödəməyi təklif etməsi diqqətçəkən məqamdır. O zaman Baş nazir Hovik Abrahamyan nəhəng enerji resursuna malik Rusiyanın öz valyutası əvəzinə dolları gücləndirəcəyini, Rusiyanın müttəfiqləri kimi AİB ölkələrinin də iqtisadiyyatını daimi şokda saxlayacağını proqnozlaşdırmışdı. Buna görə də Abrahamyan qaza görə ödənişlərin dollarla aparılmasını məntiqsiz hesab etdiyini qeyd etmişdi. Lakin AİB tərəfdaşları tərəfindən heç bir aktiv addım atılmadı. Üstəlik, Abrahamyanın belə bir təklifi təkcə Rusiyanın deyil, həm də Ermənistanın maraqlarına cavab versə də, Ermənistanın bəzi dairələri, o cümlədən Qərbdən maliyyələşən tanınmış QHT-lər və o dövrün müxalifəti, siyasi xadimləri və simaları tərəfindən kəskin tənqid edildi”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin