Müqaviləli erməni hərbi qulluqçu qəza törədib – 1 ölü, 3 yaralı

2022/06/sdf45-1655804198.jpg
Oxunub: 613     14:45     21 İyun 2022    
Dünən Ağrı bölgəsində avtomobil qəzası baş verib.

Ordu.az xəbər verir ki, saat 17:30 radələrində Ağrı bölgəsinin sakini, 45 yaşlı M.Karen idarə etdiyi “VAZ 2109” markalı avtomobillə İrəvan-Arazdəyən avtomobil yolunda körpüdən keçərkən yolun hərəkət hissəsindən çıxıb, aşıb və boş su borusuna düşüb.

Baş verən hadisə nəticəsində M.Karen yerindəcə ölüb, avtomobildə olan həyat yoldaşı və 2 azyaşlı uşağı isə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, ölən şəxs Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edir.

Polis və istintaq şöbəsi xəstəxanaya aparılan şəxslərin kimliyini öyrənməyə çalışır.

Ölmüş erməni hərbi qulluqçunun həmkəndliləri bildiriblər ki, Karen Martirosyan bu yaxınlarda Şaumyan kəndinə köçüb, torpaq sahəsi alıb və ev tikirdi.

“Həyat yoldaşı fabrikdə işləyirdi. Oğlu bu il məktəbi bitirmişdi. Evin yanında torpaq almışdılar, yazıqlar ev tikirdilər. Yəqin ki, tikintini tam başa çatdırmayıblar”, - deyə kənd sakinlərindən biri qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-hərbi-qulluqçu   Qəza  


Bizi "telegram"da izləyin