Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Qeyd olunub ki, Ermənistan təkcə Türkiyə-Azərbaycan tandeminin yox, həmçinin bütün dünyanın qarşısında tək qalıb.
“Dünya Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasının tərəfdarı olduğunu bildirirdi. Yəni dünya Azərbaycanın siyasətinin tərəfdarı olduğu üçün dolayısı ilə Azərbaycanın siyasətini dəstəkləyib. Nə olursa-olsun, nəhayət anlayırıq ki, biz dünya qarşısında tək qalırıq və yeganə xilas vasitəmizi, yeganə ümidimizi özümüzə bağlamalıyıq. Xalqımız bunun fərqindədirmi və özünü ləyaqətlə müdafiə etmək üçün hər şeyi edirmi? Tarix təkrarlanır, biz bu gün də oxşar vəziyyətə düşürük və əgər ağlımızı başımıza yığmasaq, keçmişdən ibrət götürməsək, özümüzə ümid bəsləməsək, bizi yeni məğlubiyyətlər müşayiət edəcək”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az