Azad olunmuş ərazilərdə başa çatdırılacaq layihələrin sayı açıqlanıb

2021/12/61b71-1639389748.jpg
Oxunub: 4567     13:10     20 İyun 2022    
“İşğaldan azad edilmiş ərazilərə ayrılan vəsaitlər hesabına 2022-ci ildə 18 layihənin və 5 avtomobil yolunun çəkilməsinin başa çatdırılması nəzərdə tutulur”.

Ordu.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında ““Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Qeyd edək ki, dövlət büdcəsinə edilən dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun yaradılması ilə bağlı layihələrin, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsinə əlavə 1 milyard 447 milyon manat ayrılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Layihə  


Bizi "telegram"da izləyin