Zelenskinin ofisi Belarusun müharibəyə qoşulmasına az ehtimal verir

2022/02/1645964763.jpg
Oxunub: 306     13:44     20 İyun 2022    
Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə Belarusun genişmiqyaslı iştirakı ehtimalı Belarus xalqının əhval-ruhiyyəsi səbəbi ilə yüksək deyil.

Ordu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermak yerli mətbuata açıqlamasında bildirib:

“Belarus bu təcavüzdə iştirak etdi – ilk raketlər onun ərazisindən atıldı. Rusiya qoşunları oradan hücuma keçdilər. Lakin, biz inanırıq ki, Belarus xalqı bu fikri dəstəkləmirlər. Əlbəttə, onlar Rusiya qoşunları üçün ərazilərini təmin etdilər. Amma Belarus ordusunun müharibədə geniş miqyaslı iştirakı ehtimalı Belarus xalqının əhval-ruhiyyəsinə görə yüksək deyil”.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi Belarusun 7 batalyonunun Ukrayna ilə sərhəddəki Brest və Qomel regionlarına cəmləməsi barəsində məlumat yayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Belarus  


Bizi "telegram"da izləyin