Berddə Rusiya hərbi bazası yerləşdiriləcək

2019/09/38224-3138995084.jpg
Oxunub: 2589     12:42     20 İyun 2022    
Rusiya hərbi bazası Ermənistan ərazisində yeni yerdə yerləşəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Qeyd olunub ki, söhbət Berddən gedir, orada da rus qoşunları olacaq.

“Müvafiq qərar hökumətin dünənki iclasında qəbul edilib. Söhbət əməliyyat və yerləşdirmə məqsədləri üçün hərbi bazanın yerləşdirmə məntəqələrində dəyişiklik edilməsindən gedir. Əsaslandırmada qeyd olunur ki, Ermənistan ərazisində yerləşən Rusiya cəbhəsinin hərbi birləşmələrinin tərkibində və hərbi bazanın məntəqələrinin ünvanlarında dəyişikliklər baş verib. Bu məqsədlə Ermənistan və Rusiya Rusiya hərbi birləşmələrinin tərkibində dəyişiklik nəticəsində onların fəaliyyəti üçün şəraitin təmin edilməsinə yönəlmiş protokol imzalayacaqlar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 102-baza   Rusiya   Berd  


Bizi "telegram"da izləyin