Tokayev Peterburq forumunda Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə edib

2022/06/62aca-1655484384.jpg
Oxunub: 397     20:15     17 İyun 2022    
“Qazaxıstanda Ukrayna ilə bağlı müxtəlif fikirlər var”.

Ordu.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumun plenar iclasında moderator Marqarita Simonyanın “Qazaxıstanın Ukraynadakı proseslərlə bağlı mövqeyi nədən ibarətdir?” sualına cavabında bildirib.

“Lakin mən bir şeyi qeyd etmək istəyirəm. Müasir beynəlxalq hüquq BMT nizamnaməsidir. Nizamnamədə iki əsas prinsip var, hansı ki, müasir dövrdə bu iki prinsip bir-birinə ziddiyyətə gəlib çıxıb. Bunlar dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipləridir. Birləşmiş Millətlər Təşkilatının yaradıcılarının ataları görünür həmin vaxt bu məqamı nəzərə almayıblar. Mümkündür ki, bunu bilərəkdən güzəşt kimi nizamnaməyə daxil ediblər. Əlbəttə ki, bu prinsiplər nə qədər bir-birinə zidd olsalar da, bununla bağlı fərqli anlayışlar mövcuddur. Bir kateqoriya deyir ki, dövlətlərin ərazi bütövlüyü müqəddəsdir. Digər kateqoriya düşünür ki, bu və ya digər dövlətin ərazisində olan hər hansı xalq öz müqəddəratını təyin etmə hüququna malikdir, daxil olduğu dövlətin tərkibindən çıxmaq hüququna malikdir. Əgər xalqların öz müqəddəratının təyin etmə prinsipi reallıqda Yer kürəsində həyata keçirilsə, hazırda BMT-yə daxil olan 193 dövlətin yerinə dünyada 500-600-dən çox dövlət yaranar. Əlbəttə ki, bu xaos olacaq. Ona görə də, bu prinsiplə biz nə Tayvanı, nə Kosovonı, nə Abxaziyanı, nə də Cənubi Osetiyanı tanımırıq. Görünür ki, bu prinsip Luqansk və Donetsk kvazi dövlətlərinə də tətbiq olunacaq. Bu da sizin açıq sualınıza açıq cavab”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tokayev  


Bizi "telegram"da izləyin