“Lockheed Martin” Ukrayna üçün 1300 ədəd “Javelin” istehsal edəcək

2020/07/1593764593.jpg
Oxunub: 620     17:59     18 İyun 2022    
ABŞ ordusu “Javelin” raketi və lazımi avadanlıq, eləcə də xidmətlərin satın alınması üçün 309 milyon dollar dəyərində müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu müqavilə çərçivəsində alınacaq “Javelin” tank əleyhinə raketlərdən 1300 ədədi Ukrayna Ordusuna veriləcək. Digər raketlər Norveç, Albaniya, Litva və Tailanda çatdırılacaq.

“Javelin” tank əleyhinə raket sistemi “Raytheon Missiles & Defence” və “Lockheed Martin”in törəmə şirkəti olan “Javelin” birgə müəssisəsi tərəfindən işlənib hazırlanır və istehsal olunur. “Lockheed Martin” sistemin zərbə qüvvəsinin raket hissəsini, “Raytheon” isə komandanlıq bölməsini təchiz edir.

Ukrayna-Rusiya müharibəsi başlayandan sonra ABŞ indiyədək Ukrayna Silahlı Qüvvələrinə 5000-dən çox “Javelin” tank əleyhinə raket kompleksləri bağışlayıb. Ukrayna Müdafiə Nazirliyinin mart ayında paylaşdığı məlumatda 280 rus döyüş platformasının “Javelin”lə məhv edildiyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Javelin  


Bizi "telegram"da izləyin