“Hraparak”: Bu gün Ermənistan öz suveren ərazisinə nəzarət etmir

2022/06/1655464362.jpg
Oxunub: 398     13:53     18 İyun 2022    
Bakı İrəvanın Zəngəzur dəhlizinin açılışına mane olmasından, eyni zamanda Zəngəzurda yeni plastarmlar tutmasından şikayətlənməyə davam edir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, son bir ayda Azərbaycan Ordusu Nerkin Hand yaşayış məntəqəsi yaxınlığında xeyli irəliləyib.

“Hazırda minimum plan olan Türkiyə-Azərbaycan quru dəhlizinin Zəngəzurdan açılması Bakı və Ankaranın strateji vəzifəsidir və onlar nəyin bahasına olursa-olsun buna nail olmağa çalışacaqlar. Lakin faktiki olaraq Ermənistan ərazisindən keçəcək bu yol blokadanı açmayacaq, əksinə, iqtisadi təcridimizi dərinləşdirəcək. Hər hansı bir ölkə ilə vasitəçisiz ticarətə başlamazdan əvvəl ilk növbədə onunla diplomatik əlaqələr qurmaq lazımdır və əgər o ölkə sizə qarşı faktiki düşmənçilik siyasəti aparırsa, sülh mühiti yaratmaq, sonra bunu müqavilə ilə təsbit etmək lazımdır. Bu gün Ermənistan nəinki öz suveren ərazisinə nəzarət etmir, hətta Azərbaycanla sərhədlərimizin haradan başlayıb, harada bitdiyini deyə bilmir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ərazi  


Bizi "telegram"da izləyin